AZ    EN
logo

İdxal-ixrac əməliyyatları haqqında

01.10.2007

2007-ci ilin yanvar-avqust aylarında Azərbaycan 132 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 7.4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 4.0 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 3.4 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 577.2 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin səkkiz ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5.7 faiz, o cümlədən ixrac 9.1 və idxal 1.9 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 27.9 faizi Avropa Birliyi, 25.8 faizi MDB ölkələri ilə, 46.3 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 46.4 faizi Avropa, 44.4 faizi Asiya, 8.9 faizi Amerika, 0.2 faizi Afrika qitəsi ölkələrinin, 0.1 faizi isə Okeaniyanın payına düşmüşdür.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81.6 faizi) Türkiyə, Rusiya, İtaliya, İran, Ukrayna, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qazaxıstan, Hindistan, Koreya Respublikası, Çin, Yaponiya, İndoneziya və Braziliyanın hesabına formalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim