AZ    EN
logo

Pambıq yığımının gedişi

20.09.2007

Pambıq tarlalarında məhsul yığımı davam edir. Operativ məlumatlara görə 2007-ci il sentyabrın 17-nə kimi pambıq sahələrindən 13.6 min ton məhsul yığılıb emal müəssisələrinə satılmışdır. Mövsüm ərzində əsas pambıqçılıq rayonlarından Saatlıda 3.7 min ton, İmişlidə 1.8 min ton, Sabirabadda 1.8 min ton, Biləsuvarda 1.6 min ton və Neftçala rayonunda 1.4 min ton xam pambıq məhsulu yığılıb satılmışdır. Bu rayonlarda keçən illə müqayisədə məhsul yığımının sürəti respublika səviyyəsindən yuxarı, Ağdam, Tərtər, Göyçay, Ağcabədi, Bərdə, Kürdəmir, Beyləqan, Zərdab rayonlarında aşağı olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim