AZ    EN
logo

2020-ci ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı

15.05.2020, 12:00

2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 22400,5 milyon manat təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz artmış, qeyri neft-qaz sektorunda isə 0,8 faiz azalmışdır.

ÜDM istehsalının 39,3 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi tikinti, 3,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2249,7 manata bərabər olmuşdur.

Əlaqə telefonu:  538-74-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim