AZ    EN
logo

Arıçılıq məhsullarının istehsalı haqqında

10.03.2020, 12:00

“Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2019-cu ildə 31041 təsərrüfatda mövcud olan 542,8 min arı ailəsindən 5781,3 ton bal, 156,1 ton mum, 15,8 ton vərəmum, 14,1 ton güləm və 609,7 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 25,1 manat, mumun - 13,0 manat, vərəmumun - 129,5 manat, güləmin - 77,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,1 manat olmuşdur.

 “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilmişdir ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərmişdir. Belə ki, 2017-ci illə müqayisədə 2019-cu ildə arı ailələrinin sayı 271,1 min, bal istehsalı isə 2738,2 ton artmışdır. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 11 ildə bal istehsalı 4,1 dəfə, arı ailələrinin sayı 3,8 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 17,5-dək artmışdır. Eyni zamanda arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.  

Əlaqə telefonu: 538-75-71

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim