AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

13.02.2020, 12:00

2020-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 60,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 70,6 faizi məhsul istehsalı sahələrinə, 17,5 faizi xidmət sahələrinə, 11,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 61,1 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 73,7 faiz, büdcə vəsaitləri 14,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 3,4 faiz, bank kreditləri 1,2 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

Əlaqə telefonu: 539-87-17     

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim