AZ    EN
logo

2019-cu ildə Ümumi Daxili Məhsul istehsalı

22.01.2020, 12:00

İlkin məlumatlara əsasən 2019-cu ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81681,0 milyon manata çatmışdır.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artmışdır.

ÜDM-in 41,4 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olmuşdur.

Əlaqə telefonu:  538-74-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim