AZ    EN
logo

2019-cu ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

14.11.2019, 12:00

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,0 faiz azalaraq 1735 nəfər olmuşdur. Onlardan 557-si həlak olmuş, 1178-i isə yaralanmışdır. Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,0 faiz azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq 1135 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2019-cu ilin yanvar-sentyabr aylarında, vahid 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1274 99,2
Məkanına görə:
magistral avtomobil yollarında 147 108,9
yaşayış məntəqələrində 1127 98,1
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 588 113,3
toran vaxtı 226 89,7
gecə vaxtı 460 89,7
Yol örtüyünün vəziyyətinə görə:
quru yol örtüyü 1222 99,3
digər (yaş, buz və s.) 52 96,3
Zərərçəkənlərin sayı, nəfər 1735 98,0
həlak olanlar 557 105,7
yaralananlar 1178 94,7

Bütün yol-nəqliyyat hadisələrinin 42,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş vermiş, nəticədə 7 nəfər ölmüş, 14 nəfər yaralanmışdır. Hadisələrin 70,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim