AZ    EN
logo

2019-cu ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

19.02.2019, 11:20

2019-cu ilin yanvar ayında ölkədə 5929,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  2,9 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

ÜDM istehsalının 45,9 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,6 faizi tikintinin, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil etmişdir.

İqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz, qeyri-neft sektorunda isə 2,7 faiz artmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manata bərabər olmuşdur.

Əlaqə telefonu:  538-74-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim