AZ    EN
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

12.02.2019, 11:21

2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 2,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 1,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artmışdır.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar ayına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 2 898,5 102,7
o cümlədən:
ərzaq məhsulları 1 283,1 102,7
içkilər və tütün məmulatları   172,9 100,1
toxuculuq məhsulları, geyim və ayaqqabılar 508,5 103,3
elektrik malları və mebellər 177,5 102,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 20,7 103,2
əczaçılıq və tibbi mallar 38,9 103,5
avtomobil yanacağı 164,6 102,0
digər qeyri-ərzaq məhsulları        532,3 103,4

2019-cu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19,0 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 30,6 faizi isə bazar və yarmarkalarda satılmışdır.   2018-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4 faiz artmış, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda 5,0 faiz azalmışdır.

2019-cu ilin yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 Əlaqə telefonu: 538-77-25

 

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim