AZ    EN
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

11.12.2018, 11:47

2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 16272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,3 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 32 436,8 102,7
o cümlədən:
ərzaq məhsulları 14 877,0 102,4
içkilər və tütün məmulatları 1 395,7 100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6010,2 103,4
elektrik malları və mebellər 2 009,6 102,7
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 234,5 102,3
əczaçılıq və tibbi mallar 433,6 102,4
avtomobil yanacağı  1 867,0 101,9
digər qeyri-ərzaq məhsulları     5 609,2 103,8

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 16,9 faizi ticarət müəssisələri, 51,3 faizi fərdi sahibkarlar tərəfindən, 31,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,3 faiz artmış, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda 4,2 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Əlaqə telefonu: 538-77-25

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim