AZ    EN
logo

Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında

24.10.2018, 15:32

2018-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2446,8 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur. Gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8,0 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq 1651,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,4 faizi Rusiya Federasiyası, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4,0 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn,1,0 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 795,1 min gecələmə olmuşdur.

Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 286,1 milyon manat olmuşdur ki, onun da 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olmuşdur. Bu göstərici Naftalanda 62,0 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faiz, Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olmuşdur. Bu göstərici iyul ayında 32,3 faiz, sentyabr ayında isə 23,2 faiz təşkil etmişdir.

Əlaqə telefonu: 538-81-76

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim