AZ    EN
logo

Xarici ticarət əlaqələri haqqında

11.10.2018, 11:58

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 166 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13412,2 milyon dollar, idxalın dəyəri 6863,5 milyon dollar təşkil etmiş, nəticədə 6548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-avqust  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artmışdır. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1,0 faiz artmış, idxal isə 1,2 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 8,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,3 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini Çexiyaya, 3,6 faizini İndoneziyaya, 3,3 faizini Kanadaya,  3,2 faizini Rusiyaya, 3,1 faizini Portuqaliyaya, 3,0 faizini Fransaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini İspaniyaya,  qalan 18,1  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 10,5 faizi Çin, 6,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,2 faizi İtaliya, 2,8 faizi Yaponiya, 2,6 faizi İran, 2,4 faizi Cənubi Afrika Respublikası, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi İsveçrə, 28,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar-avqust aylarında 1093,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 4,0 faiz çoxdur.

2018-ci ilin yanvar-avqust aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 37,6 faiz,  təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, kartof – 15,5 faiz, bitki yağları – 1,2 faiz, meyvə və tərəvəz konservləri – 14,9 faiz, polietilen – 16,8 faiz, emal olunmamış alüminium – 18,3 faiz, pambıq lifi – 2,1 dəfə, qara metallardan borular – 8,4 faiz, pambıq ipliyi – 25,7 faiz artmış, təzə tərəvəz ixracı isə 3,3 faiz, şəkər – 39,4 faiz,  tütün – 23,3 faiz, meyvə və tərəvəz şirələri – 13,0 faiz, çay – 22,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,9 faiz, qara metallardan yarımfabrikatlar – 69,7 faiz, bentonit gili  – 4,5 faiz azalmışdır.

2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında buğda idxalı 20,4 faiz, bitki yağları – 5,0 faiz, təzə meyvə – 50,2 faiz, çay – 9,0 faiz, quş əti və onun əlavə məhsulları – 16,4 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,6 dəfə, qara metallardan çubuqlar – 32,0 faiz, mineral gübrələr – 57,2 faiz, mebellər – 22,5 faiz, hesablama maşınları, blok və qurğuları – 6,5 faiz, polietilen – 34,2 faiz, məişət kondisionerləri – 27,0 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 20,9 faiz, sement və sement klinkerləri – 64,8 faiz, məişət soyuducuları – 2,1 dəfə artmış, siqaret  idxalı isə 1,6 faiz, xam şəkər və şəkər – 36,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 22,0 faiz, kartof – 18,4 faiz, mal əti – 21,7 faiz, təzə tərəvəz – 47,1 faiz, polad prokatı – 3,2 faiz, qara metallardan künclüklər ­– 5,4 faiz, avtobuslar – 25,4 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim