AZ    EN
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

11.10.2018, 11:49

2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 13133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13024,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,3 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 26 158,1 102,7
o cümlədən:
ərzaq məhsulları  12 013,5  102,2
içkilər və tütün məmulatları 1 120,4 101,0
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 759,2 103,4
elektrik malları və mebellər 1 632,9 102,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 192,7 102,1
əczaçılıq və tibbi mallar 349,7 102,4
avtomobil yanacağı 1 485,2 101,9
digər qeyri-ərzaq məhsulları     4 604,5 103,8

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 32,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 Əlaqə telefonu:  538-77-25

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim