AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin nümayəndələri Cenevrədə keçirilən beynəlxalq tədbirlərə qatılıblar

27.09.2018

24-28 sentyabr 2018-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası və Əhali Fondunun təşkilatçılığı ilə Əhali və mənzil fondu siyahıyaalmaları üzrə ekspert qrupunun iclası, eləcə də Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün əhali və mənzil fondu siyahıyaalınmaları üzrə seminar keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı və Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev iştirak edirlər.

İclasda 2020-ci il mərhələsi üzrə siyahıyaalmalar üçün hazırlıqların, planların və Avropa Statistikləri Konfransının əhali və mənzil fondu siyahıyaalmaları üzrə tövsiyələrin yerinə yetirilməsi məsələrinin müzakirəsi nəzərdə tutulub. Seminar isə əhalinin və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə tədbirdə təmsil olunan iştirakçı ölkələrin milli səviyyədə həyata keçirildiyi müvafiq tədbirlərin təqdimatına, siyahıyaalma zamanı yeni innovativ üsulların tətbiqinə, eləcə də sınaq siyahıyaalma keçirmiş ölkələrin təcrübələri ilə tanışlıq və qarşıya çıxan problemlərin həlli yollarına həsr olunub. Eyni zamanda siyahıyaalma üzrə gələcək planlar ətrafında fikir mübadiləsinin aparılması da planlaşdırılır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim