AZ    EN
logo

2018-ci ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

16.08.2018

2018-ci ilin yanvar-iyul aylarında ölkənin ümumi daxili məhsulu 0,2 faiz artaraq  43478,6 milyon manata çatmışdır.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artmışdır.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmiş, nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər 8,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, informasiya və rabitə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 0,6 faiz, digər xidmət sahələrində 0,2 faiz artmış, tikintidə isə 17,9 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM  4436,3 manata bərabər olmuşdur.

Əlaqə telefonu:  538-74-50

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim