AZ    EN
logo

Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların kommunal və rabitə xidmətlərindən istifadəsi haqqında

31.08.2018

2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə  nisbətən 5,6 faiz artaraq 125,3 milyon manat təşkil etmişdir.

İstehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz,  8,1 faizini su,  6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil etmişdir.

2018-ci ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94,0 faizini ödəmiş və 7,5 milyon manat kreditor borc yaranmışdır.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə  97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və  0,4 milyon manatlıq istilik enerjisinə qənaət etmişlər.

 

Əlaqə telefonu: 538-91-02

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim