AZ    EN
logo

Taxıl biçininin gedişi barədə

27.07.2018

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. Toplanmış məhsul 2833,4 min ton təşkil etmiş və məhsuldarlıq 29,1 sentnerə bərabər olmuşdur. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

Respublikanın 11 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digər rayonlarda isə 90,0 faizdən aşağı olmuşdur.

Ölkənin 29 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olmuşdur.     

Şəki şəhərində (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107,0 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilmişdir.

Əlaqə telefonu: 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim