AZ    EN
logo

2018-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

14.06.2018

2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatmışdır.

ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil etmişdir.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artmış, neft sektorunda isə eyni səviyyədə qalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olmuşdur.

Əlaqə telefonu:  538-74-50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim