AZ    EN
logo

Tikinti maşınları haqqında

13.04.2018

2018-ci il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11733, o cümlədən dövlət müəssisələrində 5132, qeyri-dövlət müəssisələrində 6601 tikinti maşını olmuşdur. 2017-ci il ərzində 1222 maşının dəyəri tam amortizasiya olunmuş, onlardan 421-i istismara yararsız olduğuna görə silinmişdir.                     

2017-ci ildə tikinti müəssisələri tərəfindən 120 ədəd müxtəlif növ tikinti maşını alınmışdır ki, onların 29-nu avtobetondaşıyıcılar və avtobetonqarışdırıcılar, 21-ni avtomobil kranları, 18-ni yük və sərnişin qaldırıcılar, 14-nü traktor və avtomobil üzərində qazma maşınlar, 12-ni ekskavator-kranlar daxil edilməklə tırtıllı gedişli kranlar, 6-nı skreperlər, 20-ni isə digər növ tikinti maşınları təşkil etmişdir.

Tikinti maşınlarının 9,4 faizi Naxçıvan Muxtar Respublikasında, 66,0 faizi Bakı şəhərində, 8,0 faizi Aran, hər birində 4,1 faiz olmaqla Abşeron və Gəncə-Qazax, 8,4 faizi isə digər iqtisadi rayonlarda cəmlənmişdir.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim