AZ    EN
logo

Uşaqların övladlığa götürülməsi haqqında

29.03.2018

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ildə 877 uşaq övladlığa götürülmüşdür ki, bu da 2016-cı illə müqayisədə 13,5 faiz çoxdur. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 15,9 faiz artaraq 466 nəfər, qızların sayı isə 10,8 faiz artaraq 411 nəfər olmuşdur.

2017-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqlarda 19,7 faiz, 3-5 yaşlı uşaqlarda 7,5 faiz, 6-10 yaşlı uşaqlarda 9,9 faiz, 11-17 yaşlı uşaqlarda isə 7,3 faiz artım müşahidə olunmuş və bu yaş qruplarında müvafiq olaraq 420, 172, 167 və 118 uşaq övladlığa götürülmüşdür.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 28 uşaq övladlığa götürülmüşdür ki, onların da 12-si qızdır.

2017-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən övladlığa götürülməsi barədə ləğv edilmiş qərarların sayı əvvəlki illə müqayisədə 7,9 faiz azalaraq 58 olmuşdur.

 Əlaqə telefonu: 538-90-12

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim