AZ    EN
logo

Pərakəndə  ticarət dövriyyəsi haqqında   

16.03.2018

2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 5,3 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8 faiz və 3,2 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir,milyon manatla 2017-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 5 314,9 102,5
o cümlədən:
ərzaq məhsulları 2 410,2 102,0
içkilər və tütün məmulatları 281,1 100,7
toxuculuq məhsulları, geyim və ayaqqabılar 949,6 103,0
elektrik malları və mebellər 328,3 102,6
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 39,9 101,8
əczaçılıq və tibbi mallar 67,5 102,1
avtomobil yanacağı 302,3 101,1
digər qeyri-ərzaq məhsulları 936,0 104,2

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,3 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 13,6 faizi ticarət müəssisələri, 53,1 faizi fərdi sahibkarlar tərəfindən, 33,3 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 18,9 faiz, fərdi sahibkarlar üzrə 0,4 faiz, bazar və yarmarkalar 0,1 faiz artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 271,6 manat və ya 2017-ci ilin yanvar-fevral aylarının göstəricisindən nominal ifadədə 17,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 137,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır. Əlaqə telefonu: 538 77 25

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim