AZ    EN
logo

Geoloji-kəşfiyyat işləri haqqında

23.02.2018

2017-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunmuşdur.

Aparılmış geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş və bu işlərə 26,4 milyon manat xərclənmişdir.

2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9 faiz, regional geoloji-geofiziki işlərə 25,0 faiz, hidrogeoloji işlərə  19,4 faiz, əlvan metalların kəşfiyyatına 8,3 faiz, elmi-tədqiqat işlərinə 8,0 faiz çox, nəcib metalların kəşfiyyatına 23,8 faiz, qara metalların kəşfiyyatına 14,3 faiz az vəsait sərf edilmişdir.

Əlaqə telefonu: 538-63-03

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim