AZ    EN
logo

2018-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

19.02.2018

2018-ci ilin yanvar ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz artaraq 6049,5 milyon manat təşkil etmişdir.

ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil etmişdir.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmış, neft bölməsində isə 0,5 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 538-74-50

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim