AZ    EN
logo

Tikinti sahəsində çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə

14.02.2018

2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil etmiş, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 27,4 faizi dövlət, 72,6 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 4,1 faiz azalaraq 780,7 manat olmuşdur. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat olmuşdur. Əvvəlki illə  müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 16,8 faiz azalmış, mülki təyinatlı inşaat işlərində 12,4 faiz, binaların tikintisində isə 1,7 faiz artmışdır.  

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim