AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

14.02.2018

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 960,3 milyon manat vəsaitin 362,7 milyon manatı və ya 37,8 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 68,0 faiz artmışdır. Ümumi sərmayənin 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 83,5 faizi məhsul istehsalı obyektlərinin, 11,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,5 faizi isə ümumi sahəsi 121,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4 faiz, bank kreditləri 6,7 faiz, büdcə vəsaitləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,2 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,6 faiz təşkil etmişdir.

Əlaqə telefonu: 539-87-17

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim