AZ    EN
logo

  Fərdi yaşayış evlərinin istifadəyə verilməsi haqqında

17.01.2018

              2017-ci ildə ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilmişdir ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6 faizini təşkil etmişdir.

Fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2 faizi kənd yerlərində tikilmişdir. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olmuşdur. Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilmişdir.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim