Dövlət Statistika Komitəsində Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssisləri üçün təlim keçirilib
2017-ci il 29 noyabr - 1 dekabr tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin bir qrup mütəxəssisi üçün biznes reyestrin yenilənməsi üsulları və keyfiyyətin idarə edilməsi sisteminə dair təlim keçirilib.
Təlimdə Komitənin əməkdaşları tərəfindən Tacikistanlı statistiklərə Azərbaycan Respublikasının milli statistika sistemi, onun strukturu, statistik vahidlərin Dövlət reyestrinin strukturu, məlumatların mənbəyi, reyestrin aktuallaşdırılması prosesi və dövriliyi, rəsmi statistika məqsədləri üçün inzibati məlumatlardan istifadə,iqtisadi və sosial təsnifatlar, statistikada keyfiyyətin idarə edilməsi sisteminin yaradılması və inkişaf etdirilməsi, sistemin yaradılmasında qarşıya çıxan çətinliklər, sertifikatlaşma prosesi, statistik biznes-prosesin ümumi modelinin metodoloji konsepsiyası, metaməlumatların strukturu və s. məsələlərlə bağlı təqdimatlar edilmiş, ölkə təcrübəsi haqqında ətraflı məlumat verilmişdir. Təlimdə təqdimatlarla yanaşı, biznes reyestrin aparılması üsullarına dair praktiki məşğələlər keçirilmiş, Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssislərini maraqlandıran suallar cavablandırılmışdır.