AZ    EN
logo

2017-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

24.10.2017

2017-ci ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 50067,3 milyon manat və ya əhalinin hər nəfərinə 5149,4 manat məbləğində ümumi daxili məhsul istehsal edilmişdir.

Bu dövrdə neft sektorunda əlavə dəyər istehsalı 6,5 faiz azalmış, iqtisadiyyatın qeyri-neft sektorunda isə 2,5 faiz, o cümlədən informasiya və rabitə sahələrində 6,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 5,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,1 faiz, tikintidə 1,5 faiz artım müşahidə olunmuşdur. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,7 faiz artmışdır.

 

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim