AZ    EN
logo

Taxıl biçininin gedişi barədə

28.07.2017

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. 2017-ci il iyul ayının 24-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 944,5 min hektar sahənin 870,8 min hektarı və yaxud 92,2 faizi biçilərək məhsulu yığılmışdır. Toplanmış məhsul 2515,1 min ton təşkil etmiş və məhsuldarlıq 28,9 sentnerə bərabər olmuşdur. Yığılmış məhsulun 1696,6 min tonu və yaxud 67,5 faizi buğda, 797,8 min tonu (31,7 faizi) arpa, 20,7 min tonu (0,8 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

Respublikanın 12 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, qalanlarında isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

Ölkənin 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq Saatlı (1 hektardan 40,7 sentner), Sabirabad (müvafiq olaraq 38,9), Bərdə (38,3), İsmayıllı (37,3), Ağcabədi (37,1), Ağdam (37,0), Tərtər (36,4) və İmişli (35,4) rayonlarında olmuşdur.     

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki (214,7 min ton), Cəlilabad (188,8 min ton), Neftçala (118,8 min ton), Füzuli (103,1 min ton), Sabirabad (95,7 min ton), İsmayıllı (90,9 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (85,5 min ton) müşahidə olunmuşdur.

Tel: 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim