AZ    EN
logo

Ümumi Daxili Məhsul istehsalı

17.07.2017

2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artmış, neft-qaz bölməsində isə 6,6 faiz azalmışdır.

Ümumi daxili məhsulun 13195,2 milyon manatı sənayedə, 3414,6 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 2536,8 milyon manatı tikintidə, 2249,6 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 1559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 milyon manatı informasiya və rabitə sahələrində, 4711,7 milyon manatı digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər 2247,8 milyon manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim