AZ    EN
logo

2017-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

19.06.2017

 

2017-ci ilin yanvar-may aylarında ölkədə 25338,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmışdır.

Ümumi daxili məhsulun 44,1 faizi sənayedə, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3 faizi tikintidə, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,5 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olmuşdur.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim