AZ    EN
logo

Tikinti maşınları haqqında

10.04.2017

2017-ci il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 12099, o cümlədən dövlət müəssisələrində 5207, qeyri-dövlət müəssisələrində 6892 tikinti maşını olmuşdur. 2016-cı il ərzində 1220 maşın tam amortizasiya olunmuş, onlardan 506-sı istismara yararsız olduğuna görə silinmişdir.                     

2016-cı ildə tikinti müəssisələri tərəfindən 196 ədəd müxtəlif növ tikinti maşını alınmışdır ki, onların 97-ni yükünü özüboşaldan avtomobillər, 37-ni asfalt döşəyənlər, 21-ni yolbasan maşınlar, 41-ni isə digər növ tikinti maşınları təşkil etmişdir.  

Tikinti maşınlarının 8,8 faizi Naxçıvan Muxtar Respublikasında, 64,4 faizi Bakı şəhərində, 7,8 faizi Aran, 7,0 faizi Abşeron, 4,3 faizi Gəncə-Qazax, 7,7 faizi isə digər iqtisadi rayonlarda cəmlənmişdir.

Əlaqə telefonu:  539-87-17

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim