AZ    EN
logo

2017-ci ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı

15.03.2017

2017-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10042,6 milyon manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olmuşdur.

Ümumi daxili məhsulun 46,7 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,8 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim