AZ    EN
logo

Kvota üzrə balıq ovu

10.02.2017

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə        2016-cı ildə 155 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 793,5 ton kvotaya qarşı  678,9 ton balıq ovlanmışdır. 2015-ci illə müqayisədə 2016-cı ildə kvota üzrə balıq ovu 20,0 faiz artmışdır. Ovlanmış balığın  315,6 tonu kilkə, 92,5 tonu kütüm, 86,1 tonu siyənək, 67,7 tonu kefal,  49,9 tonu külmə,  27,3 tonu çapaq, 19,0 tonu çəki, 20,8 tonu digər balıq növlərinin payına düşmüşdür.

Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 32,5 min manat təşkil etmişdir.

Əlaqə telefonu 538-73-57

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim