AZ    EN
logo

2016-cı ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

11.11.2016

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37154,5 min ton, yük dövriyyəsi isə 7289,0 milyon ton-km olmuşdur. Yüklərin 23496,1 min tonu və ya 63,2 faizi avtomobil nəqliyyatı, 10214,2 min tonu və ya 27,5 faizi dəmir yolu nəqliyyatı, 3444,2 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 12,7 faiz və 27,1 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 5518,4 min tonunu tranzit yüklər təşkil etmişdir.

2016-cı ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 5085,9 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artmışdır.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim