AZ    EN
logo

2016-cı ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

17.10.2016

2016-cı ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat və ya əhalinin hər nəfərinə 4512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.
Ümumi daxili məhsulun 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8 faiz, sənayedə 1,0 faiz artmış, tikintidə 32,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,5 faiz azalmışdır.
Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olmuşdur.

Əlaqə nömrəsi: 538 74 50

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim