AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

13.10.2016

2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 10268,7 milyon manatlıq vəsaitin 71,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 80,2 faizi məhsul istehsalı obyektlərinin, 15,5 faizi xidmət sahələri üzrə obyektlərin, 4,3 faizi isə ümumi sahəsi 1205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,1 faizini təşkil etmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində Şahmat məktəbi, Xaçmaz rayonunda Yalama Aqroparkı, İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qəbələ rayonunda “Qafqaz Tufandağ Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində, Beyləqan, Qazax, Qəbələ, Sabirabad, Zaqatala, Zərdab rayonlarında 2748 şagird yerlik 12 ümumtəhsil məktəb binası, Mingəçevir və Şirvan şəhərlərində, Abşeron, Ağcabədi, Ağsu, Füzuli, Goranboy, İmişli, Qazax, Qusar, Oğuz, Sabirabad, Salyan, Samux, Siyəzən, Zaqatala rayonlarında 1507 yerlik 16 məktəbəqədər təhsil müəssisəsi, Mingəçevir şəhərində, Qazax, Sabirabad və Zaqatala rayonlarında 560 yerlik 4 klub və s. obyektlər istifadəyə verilmişdir.

Telefon: 539 84 02

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim