AZ    EN
logo

2016-cı ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

15.10.2016

2016-cı ilin yanvar-avqust ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33237,9 min ton, yük dövriyyəsi isə 6420,1 milyon ton-km olmuşdur. Yüklərin 21297,0 min tonu və ya 64,1 faizi avtomobil nəqliyyatı, 8950,2 min tonu və ya 26,9 faizi dəmir yolu nəqliyyatı, 2990,7 min tonu və ya 9,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 6,6 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 15,1 faiz və 30,5 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6 faizini və ya 4855,5 min tonunu tranzit yüklər təşkil etmişdir. 2016-cı ilin yanvar-avqust aylarında dəhliz vasitəsilə 229,5 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 4596,0 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,5 faiz artmışdır.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim