AZ    EN
logo

Xarici ticarət əlaqələri haqqında

15.09.2016

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 157 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12133,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7376,3 milyon dollar, idxalın dəyəri 4757,3 milyon dollar təşkil etmiş, nəticədə 2619,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Ticarət dövriyyəsinin 41,2 faizi Avropa İttifaqı ölkələri, 12,2 faizi MDB üzvü dövlətləri, 46,6 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.

əlaqə telefonu: 538 77 25

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim