AZ    EN
logo

2016-cı ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

16.08.2016

2016-cı ilin yanvar-iyul aylarında ölkədə 32122,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,0 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın 30,7 faiz azalması olmuşdur. Eyni zamanda informasiya və rabitə sahələrində əlavə dəyər 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,0 faiz, emal sənayesində 2,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, mədənçıxarma sənayesində 2,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində isə 2,0 faiz artmışdır. Cari ilin yanvar-iyul ayları ərzində istehsal olunmuş ümumi daxili məhsulun 35,2 faizi neft-qaz sektorunun, 64,8 faizi isə iqtisadiyyatın qeyri-neft sahələrinin payına düşmüşdür. Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3340,6 manata bərabər olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim