AZ    EN
logo

2016-cı ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

15.07.2016


2016-cı ilin yanvar-may ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19810,0 min ton, yük dövriyyəsi isə 3831,2 milyon ton-km olmuşdur. Yüklərin 12650,0 min tonu və ya 63,8 faizi avtomobil nəqliyyatı, 5345,9 min tonu və ya 27,0 faizi dəmir yolu nəqliyyatı, 1814,1 min tonu və ya 9,2 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 10,6 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 22,3 faiz və 38,9 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,6 faizini və ya 2890,0 min tonunu tranzit yüklər təşkil etmişdir.
2016-cı ilin yanvar-may aylarında dəhliz vasitəsilə 137,8 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 2772,9 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,2 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim