AZ    EN
logo

Sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

10.06.2016

2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 7,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 6,5 faiz, emal sənayesi üzrə 9,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 1,5 faiz bahalaşmışdır.
2016-cı ilin may ayında aprel ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 9,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 11,3 faiz, emal sənayesi üzrə 4,2 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə 7,6 faiz bahalaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə isə dəyişiklik baş verməmişdir. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 11,4 faiz bahalaşmış, metal filizlərinin hasilatı üzrə 2,9 faiz ucuzlaşmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 8,6 faiz, neft məhsullarının istehsalı üzrə 7,1 faiz, kimya sənayesi üzrə 6,1 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, geyim istehsalı üzrə 2,2 faiz, qida məhsullarının istehsalı üzrə 2,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz bahalaşmış, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 3,6 faiz, metallurgiya sənayesi üzrə 2,1 faiz, içki istehsalı üzrə 0,7 faiz, tikinti materiallarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Tel: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim