AZ    EN
logo

2016-cı ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

10.05.2016

2016-cı ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 11835,9 min ton, yük dövriyyəsi isə 2314,1 milyon ton-km olmuşdur. Yüklərin 7590,2 min tonu və ya 64,1 faizi avtomobil nəqliyyatı, 3190,8 min tonu və ya 27,0 faizi dəmir yolu nəqliyyatı, 1054,9 min tonu və ya 8,9 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 12,4 faiz azalmışdır. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,7 faiz və 44,0 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,7 faizini və ya 1738,1 min tonunu tranzit yüklər təşkil etmişdir.
2016-cı ilin yanvar-mart aylarında dəhliz vasitəsilə 82,7 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 1663,6 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,3 faiz artmışdır.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim