AZ    EN
logo

Xarici ticarət əlaqələri haqqında

22.04.2016

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 132 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 82 ölkəyə məhsul ixrac olunmuş, 121 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 47,7 faizi Avropa İttifaqı ölkələri, 9,4 faizi MDB üzvü dövlətləri, 42,9 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 2829,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1849,5 milyon dollar, idxalın dəyəri 979,9 milyon dollar təşkil etmiş, nəticədə 869,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallardan hazırlanan məmulatlar, ərzaq məhsulları, əczaçılıq məhsulları, plastik kütlə və ondan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələrinın xüsusi çəkisi üstünlük təşkil etmişdir.

tel: 538-77-25

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim