AZ    EN
logo

Аzərbаycаndа dеmоqrаfik vəziyyət

20.04.2016

İlin əvvəlindən ölkə əhalisinin sayı 17,9 min nəfər və ya 0,2 faiz artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9723,5 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olmuşdur. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləridir, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.
Son illərdə olduğu kimi ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin ilk iki ayı ərzində doğulanların sayı ölənlərin sayından 17,7 min nəfər çox olmuşdur. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 27,6 min, yaxud hər gün orta hesabla 460 doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,5 təşkil etmişdir. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Dünyaya göz açan körpələr arasında əkiz doğulanların sayı 496, üçəm doğulanların sayı isə 9 olmuşdur.
Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,1 uşaq düşür.
2016-cı ilin yanvar-fevral aylarında ölkədə 9,9 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,3 təşkil etmişdir.
Cari ilin ilk iki ayında qeydiyyat şöbələri tərəfindən 9,0 min nikah və 2,1 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,3 olmuşdur.
Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 445 nəfər gələn və 238 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 207 nəfər təşkil etmişdir.

Tel: 538 51 43

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim