AZ    EN
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

20.04.2016

2016-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2876,8 milyon manatlıq vəsaitin 70,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 87,9 faizi məhsul istehsalı obyektlərinin, 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 4,4 faizi isə ümumi sahəsi 334,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil etmişdir.
2016-cı ilin yanvar-mart aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 618 şagird yerlik 3, Zaqatala rayonunda 140 yerlik 1 ümumtəhsil məktəb binası, Mingəçevir şəhərində 140 yerlik klub və s. obyektlər istifadəyə verilmişdir.

Telefon: 539 84 02

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim