AZ    EN
logo

2015-ci ildə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

02.03.2016

2015-ci ildə nəqliyyat müəssisələrində işləyən 73,0 min muzdlu işçinin 72,8 faizi dövlət, 27,2 faizi qeyri-dövlət müəssisələrində çalışmışdır. İşçilərin 54,2 faizi yerüstü və boru kəməri, 9,2 faizi su, 16,9 faizi hava nəqliyyatı, 19,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2014-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 6,1 faiz artaraq 571,4 manat olmuşdur. Bu göstərici dəniz nəqliyyatında 1032,7 manat, hava nəqliyyatında 819,0 manat, boru kəməri nəqliyyatında 727,2 manat, metro nəqliyyatında 601,8 manat, avtomobil nəqliyyatında 512,1 manat, dəmir yolu nəqliyyatında isə 258,0 manat olmuşdur. Əmək haqqı dəniz nəqliyyatında 33,9 faiz, hava nəqliyyatında 3,8 faiz, boru kəməri nəqliyyatında 3,1 faiz, avtomobil nəqliyyatında 1,7 faiz, dəmir yolu nəqliyyatında 0,4 faiz artmış, metro nəqliyyatında isə 1,9 faiz azalmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 1,9 faiz artaraq 748,8 manat olmuşdur.

Telefon: 538 62 96

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim