AZ    EN
logo

2016-cı ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

22.02.2016

Cari ilin ilk ayında ölkədə 4011,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manat və ya 264,5 ABŞ dolları təşkil etmişdir.
Bu dövrdə ümumi daxili məhsulun 37,3 faizi sənayedə, 10,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə, 20,0 faizi isə digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,7 faizini təşkil etmişdir.
ÜDM istehsalının 67,2 faizi qeyri-neft sahələrinin payına düşmüşdür.

Əlaqə nömrəsi: 5387450

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim