AZ    EN
logo

2016-cı ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafinin makroiqtisadi göstəricilər

19.02.2016


2016-cı ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 4011,2 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat sektorunda məhsul və xidmətlər istehsalının azalması olmuşdur. Əlavə dəyərin 37,3 faizi sənayedə, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə, 20,0 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 418,3 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar ayında 2112,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bunun əsas səbəbi xam neft hasilatının 3,9 faiz, qaz hasilatının 10,5 faiz, elektrik enerjisi istehsalının 9,9 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur.
Sənaye məhsulunun 62,2 faizi mədənçıxarma sektorunda, 28,8 faizi emal sektorunda, 8,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 3,5 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,1 faiz, tütün məmulatlarının istehsalı 38,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,8 faiz, poliqrafiya məhsullarının istehsalı 0,4 faiz, metallurgiya məhsullarının istehsalı 6,9 faiz, hazır metal məmulatlarının istehsalı 2,1 dəfə, kompyuter, elektron və optik məhsulların istehsalı 5,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə, mebel istehsalı 68,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,2 dəfə artmış, kimya sənayesi məhsullarının istehsalı 21,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 40,6 faiz, tikinti materiallarının istehsalı 53,6 faiz, geyim istehsalı 41,3 faiz, elektrik avadanlıqlarının istehsalı 55,8 faiz, içkilərin istehsalı 11,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,7 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 0,3 faiz artmış, neft sektorunda isə 3,5 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2016-cı il vəziyyətinə 321,9 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında diri çəkidə 36,8 min ton ət, 147,3 min ton süd, 141,3 milyon ədəd yumurta, 3,2 min ton tərəvəz istehsal olunmuşdur. 2015-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 3,0 faiz, yumurta istehsalı 4,5 faiz, tərəvəz istehsalı 6,0 faiz artmışdır.
Kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,7 faiz, heyvandarlıq məhsulları istehsalı 1,7 faiz artmışdır.
2016-cı ilin yanvar ayında əsas kapitala 880,7 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 772,0 milyon manatı və ya 87,6 faizi məhsul istehsalı obyektlərinin, 65,7 milyon manatı (7,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 43,0 milyon manatı (4,9 faizi) isə ümumi sahəsi 133,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 251,3 milyon manatını və ya 28,5 faizini daxili sərmayələr təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 643,0 milyon manatı və ya 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar ayında 16,4 milyon ton yük və 137,6 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq ayı ilə müqayisədə yük daşınması 4,9 faiz azalmış, sərnişin daşınması isə 1,0 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 2,6 faizi dəniz, 8,7 faizi dəmir yolu, 57,0 faizi avtomobil, 31,7 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 87,6 faizi avtomobil, 12,2 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 130,4 milyon manatlıq xidmətlər göstərmişdir ki, onların da 71,6 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq ayı ilə müqayisədə 2016-cı ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin həcmi 7,9 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2243,2 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 666,9 milyon manatlıq pullu xidmət göstərilmişdir. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 4,3 faiz, pullu xidmətlərin həcmi isə 3,6 faiz artmış, ticarət şəbəkəsində 1124,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1118,4 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 20645,9 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 11424,5 milyon dollarını və ya 55,3 faizini ölkədən ixrac olunmuş məhsullar, 9221,4 milyon dollarını (44,7 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2203,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilə nisbətən xarici ticarət dövriyyəsinin həcmi 3,4 faiz, o cümlədən ixrac 4,6 faiz, idxal isə 0,5 faiz azalmışdır. Ticarət dövriyyəsinin 12,0 faizi MDB üzvü ölkələrinin, 47,0 faizi Avropa İttifaqı ölkələrinin, 41,0 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların həcminin 21,3 faizi MDB üzvü ölkələrinin, 31,9 faizi Avropa İttifaqı ölkələrinin, 46,8 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 4,6 faizi MDB üzvü ölkələrinə, 59,1 faizi Avropa İttifaqı ölkələrinə, 36,3 faizi isə digər ölkələrə göndərilmişdir.
2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü ilin göstəricisini 2,7 faiz üstələyərək 1581,2 milyon dollar təşkil etmişdir.
2016-cı ilin yanvar ayında 2015-ci ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 17,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 4,6 faiz bahalaşmışdır.
2015-ci ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü illə müqayisədə 5,0 faiz artaraq 466,4 manat təşkil etmişdir.
2016-cı ilin yanvar ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 12,1 faiz artaraq 3080,6 milyon manata çatmışdır. Gəlirlərin 88,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,5 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2015-ci ildə dövlət büdcəsinə 17153,2 milyon manat vəsait daxil olmuş, büdcədən 17786,8 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 633,6 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin yanvar ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21718,0 milyon manat təşkil etmiş, onun 16417,2 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2015-ci il yanvar ayının 1-i ilə müqayisədə 17,1 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,9 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il yanvar ayının 1-nə 9473,9 milyon manat təşkil etmişdir.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,58 manata, 1 Avroya - 1,72 manata, 100 Rusiya rubluna - 2,06 manata bərabər olmuşdur.
2015-ci ildə əhalinin sayı 112,6 min nəfər və ya 1,2 faiz artaraq 2016-cı il yanvar ayının 1-i vəziyyətinə 9705,6 min nəfərə çatmışdır.



Makroiqtisadi göstəricilər

Göstəricilər 2016-cı ilin yanvar ayı faktiki, milyon manat 2016-cı ilin yanvar ayı 2015-сi ilin yanvar ayına nisbətən, faizlə Məlumat üçün:
2015-ci ilin yanvar ayı 2014-сü ilin yanvar ayına nisbətən, faizlə
Ümumi daxili məhsul 4 011,2 96,7 104,4
o cümlədən: qeyri-neft ÜDM 2 695,8 96,3 105,5
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 418,3 95,6 103,2
Sənaye məhsulu 2 112,8 96,9 101,4
o cümlədən qeyri-neft sənayesi 629,6 100,3 98,2
Əsas kapitala yönəldilmiş vəsaitlər 880,7 76,8 102,9
o cümlədən tikinti-quraşdırma işlərinə 643,0 75,5 116,8
Kənd təsərrüfatı məhsulu 224,2 101,8 103,5
o cümlədən: bitkiçilik 4,1 104,7 103,8
heyvandarlıq 220,1 101,7 103,5
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 16,4 95,1 103,2
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 137,6 101,0 105,2
İnformasiya və rabitə xidmətləri 130,4 107,9 113,9
Pərakəndə ticarət dövriyyəsi 2 243,2 104,3 109,4
Əhaliyə göstərilən pullu xidmətlər 666,9 103,6 105,5
Dövlət büdcəsinin gəlirləri 17 153,2x) 93,2xx) 94,4 xxx)
Dövlət büdcəsinin xərcləri 17 786,8x) 95,1xx) 97,7xxx)
Dövlət büdcəsinin kəsiri 633,6x) - -
Əhalinin gəlirləri 3 080,6 112,1 105,5
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 321,2 110,8 104,2
Əhalinin banklardakı əmanətləri, 2016-ci il 01 yanvar vəziyyətinə 9 473,9 131,8 112,4
Kredit qoyuluşları, 2016-ci il 01 yanvar vəziyyətinə 21 718,0 117,1 120,2
o cümlədən vaxtı keçmiş kreditlər 1 508,5 154,5 123,1
Orta aylıq əmək haqqı, manat 466,4x) 105,0xx) 104,6xxx)
İstehlak qiymətlərinin indeksi x 113,6 100,2
Əhalinin sayı, min nəfər,2016-ci il 01 yanvar vəziyyətinə 9 705,6 101,2 101,2
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 25 781,0x) 99,83) 95,74)
o cümlədən: ixrac 16 559,6x) 99,93) 99,04)
idxal 9 221,4x) 99,53) 85,44)
Gömrük məlumatı2)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 20 645,9x) 96,63) 94,14)
o cümlədən: ixrac 11 424,5x) 95,43) 98,04)
ondan qeyri-neft ixracı 1 581,2x) 102,73) 98,54)
idxal 9 221,4x) 99,53) 85,44)
Qeyd:
x) 2015-ci ilin yanvar-dekabr ayları.
xx) 2015-ci ilin yanvar-dekabr ayları 2014-cü ilin yanvar-dekabr aylarına nisbətən.
xxx) 2014-cü ilin yanvar-dekabr ayları 2013-cü ilin yanvar-dekabr aylarına nisbətən.
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar daxil edilmişdir.
2) İxrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3)2015-ci ilin yanvar-dekabr ayları 2014-cü ilin yanvar-dekabr aylarına nisbətən, müqayisəli qiymətlərlə.
4)2014-cü ilin yanvar-dekabr ayları 2013-cü ilin yanvar-dekabr aylarına nisbətən, müqayisəli qiymətlərlə.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim