AZ    EN
logo

2016-cı ilin yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.02.2016

2016-cı ilin yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2 faiz bahalaşmışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz bahalaşmışdır.
Ay ərzində bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətləri bahalaşmışdır. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşmış, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətləri bahalaşmış, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim